Saakaşvilidən geri addım: Poroşenkoya barışıq təklif etdi


04:02     17 Dekabr 2017 1510681306.jpg

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili ölkə prezidenti Pyotr Poroşenkoya barışıq təklifi ilə məktub göndərib.

Bu barədə Femida.az Rusiya KİV-lərinə istinadən xəbər verir.

Qeyd edək ki, Mixeil Saakaşvili az öncə Ukraynanın bütövlüyünü qoruyub saxlamaq üçün prezident Pyotr Poroşenko ilə razılığa gəlməyin lazım olduğunu bildirib.

"Biz hamımız bir istiqaməti tutmalıyıq, o barədə danışmalıyıq, o cümlədən onunla. Lakin eyni zamanda biz ölkəni çəkişdirməmək barədə razılığa gəlməliyik", — deyə Saakaşvili əlavə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1799