Saakaşvilinin tərəfdarları Oktyabr sarayını ələ keçirdilər


23:12     17 Dekabr 2017 saakasvili9.jpg

Bu gün Kiyevin mərkəzində Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru, “Yeni Qüvvələr Hərəkatı” partiyasının lideri Mixail Saakaşvilinin tərəfdarları prezidentin impiçmenti ilə bağlı yürüyüş keçiriblər.


Femida.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar Kiyevin mərkəzində yerləşən Oktyabr sarayına hücum ediblər.

Mitinq iştirakçıları Milli Qvardiyanın hərbçilərinin müqavimətini qıraraq Oktyabr sarayının giriş qapısını sındırıb saraya daxil olublar.

Femida.az

Açar sözlər:

Oxunub: 1462