Türkiyədə 28 terrorçu məhv edilib


22:11     18 Dekabr 2017 ankara-yi-sarsan-iddia-ruslar-ermenistan-a-pkk-8333135_x_6623_o.jpg

Türkiyədə son bir həftə ərzində 28 terrorçu zərərsizləşdirilib.



Femida.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin “Ferhat Yılmaz” kod adı altında dekabrın 11-dən 18-dək keçirdiyi əməliyyat nəticəsində 9 terrorçu öldürülüb, 4-ü sağ ələ keçirilib, 15 terrorçu isə təslim olub.

Qeyd olunub ki, son bir həftə ərzində ümumilikdə 187 antiterror əməliyyatı keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 751