Məmmədyarov Rusiya səfiri ilə vida görüşü keçirib
21:22 18 Dekabr 2017
Xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbaut xidmətindən Femida.az- a verilən məlumata görə, görüşda Azərbaycan və Rusiya arasında münasibətlərin hazırkı səviyyəsindən, yüksək səviyyəli səfərlər mübadiləsindən məmnunluq ifadə olunub.
Səfir V.Doroxin fəaliyyət müddəti ərzində Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylə çalışdığını bildirib və ölkələr arasında münasibətlərin səmimi xarakterinin bundan sonra da davam etdiriləcəyinə, əldə olunmuş təcrübənin hər iki dövlət və xalqların maraqları naminə istifadə ediləcəyinə ümidvar olduğunu vurğulayıb. V.Doroxin həmçinin Azərbaycanın sabitliyi və tərəqqisi istiqamətində Azərbaycan hökumətinə uğurlar arzulayıb.
Nazir Elmar Məmmədyarov fəaliyyəti müddətində səfir V.Doroxinin dövlətlər arasında münasibətlərin inkişafına töhfə verdiyini bildirərək, ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Femida.az
Oxunub: 772
Oxşar xəbərlər
- Məmmədyarov TürkPA-nın baş katibini qəbul edib
- Məmmədyarovun həmsədrlərlə görüşü başladı - FOTO
- Məmmədyarovla Nalbandyan görüşəcək
- Məmmədyarov gürcü həmkarına məktub yazdı
- Məmmədyarov Vyanaya gedir - Nalbandyanla görüşəcək
- Məmmədyarov Çavuşoğlu ilə görüşdü
- Məmmədyarov Çindən gələn nümayəndələri qəbul etdi
- Məmmədyarov həmsədrlərin təklifini qəbul etdi
- Məmmədyarov Moskvada həmsədrlərlə görüşür
- Məmmədyarov Moskvaya gedir, Lavrov Bakıya gəlir