İmişlidə faciə: Ata 4 yaşlı oğlunu öldürdü


00:51     20 Dekabr 2017 qeza-imisli_1513700748.jpg

İmişlidə 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.



Femida.az APA-ya istinadən xəbər verir ki, rayonun Qızılkənd kəndinin sakini Anar Rüstəmov idarə etdiyi “Qazel” markalı yük maşını ilə oğlu, 2013-cü il təvəllüdlü Feyruz Rüstəmovu vurub.

A. Rüstəmov avtomobil arxaya verərkən oğlu nənəsindən əlindən qaçıb və maşının altında qalıb. Uşaq hadisə yerindəcə ölüb.

Faktla bağlı İmişli rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1779