19 yaşlı gənci qıza görə qanına qəltan etdilər


13:31     22 Dekabr 2017 bicaq5.jpg

Bakının Səbail rayonunda 19 yaşlı gənc sevdiyi qıza sataşan oğlanlarla mübahisə zamanı bıçaqlanıb.


Femida.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, Nizami küçəsində 1998-ci il təvəllüdlü Rəşad Zeynalov sevdiyi qızla Yeni il şənliyi ilə əlaqədar hazırlanmış işıqdan dekorasiya ilə düzəlmiş ərazidə şəkil çəkdirirmiş.

Bu zaman 3 naməlum oğlan mobil telefonla həmin qızın fotosunu çəkirmiş. Bundan əsəbləşən R.Zeynalov onlarla mübahisə edib. Nəticədə o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinənlər ərazidən qaçarkən Səbail RPİ-nin Post Patrul Xidmətinin əməkdaşları onlardan birini saxlaya bilib. Digər şəxslər axtarışdadır.


Femida.az

Açar sözlər:

Oxunub: 1066