Futbolçunu döyən prezidentə ömürlük cəza


14:17     22 Dekabr 2017 doymek6.jpg

Türkiyənin Peşəkar Futbol İntizam Komitəsi (PFDK) II Liqada çıxış edən “Şanlıurfaspor” klubunun prezidenti Emin Yetimi ömürlük cəzalandırıb.

Femida.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yayılıb. Hadisəyə səbəb onun komandanın futbolçusu Mertcan Çamı döyməsidir.

PFDK bu davranışına görə E.Yetimə ömürlük diskvalifikasiya və 180 min lirə cərimə kəsib.

Qeyd edək ki, dekabrın 6-da Mertcan Çam klubdan maaşını tələb etdiyi üçün yaranan mübahisə zamanı döyülüb.

Açar sözlər:

Oxunub: 1476