Evdən qaçan məktəblilər Bakıda hoteldə gecələyiblər
16:15 23 Dekabr 2017
Cəlilabad rayonunda itkin düşən iki məktəbli tapılıb.
Femida.az-ın APA-ya istinadən xəbərinə görə, Xalid Əliyev və həmyaşıdı İsmayıl Əmənov bu gün Bakı şəhərində tapılıblar.
Məlumata görə, hər iki şəxs Bakının mərkəzi “Nizami” küçəsində tapılıb. Uşaqlar evdən getməsinin səbəbini Yeni il bayramını Bakıda keçirmək istəyi ilə izah ediblər. Onların Bakıdakı hotellərin birində gecələdiyi məlum olub.
Qeyd edək ki, Cəlilabad şəhərindəki Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin 9-cu sinif şagirdləri Xalid Əliyev həmyaşıdı İsmayıl Əmənovla birgə dekabrın 21-də dərsə getmək adı ilə evdən çıxıb, geri qayıtmayıblar.
Femida.az
Oxunub: 4669
Oxşar xəbərlər
- Evdən küllü miqdarda pul oğurlanıb
- Evdən 4 min manat oğurlandı
- Evdən 50 min manatlıq qızıl oğurladı - 10 il həbs
- Evdən oğurluq edən şəxs tutulub
- Evdən 62 min avro oğurlandı
- Evdən 15 min manatlıq qızıl apardılar
- Evdən meyiti tapıldı
- Evdən 5 min oğurlayan şəxs saxlanıldı
- Evdən partlamamış hərbi sursat tapıldı
- Evdən hərbi sursat tapıldı