Sumqayıtda zavodda dəhşətli hadisə - Ölən və yaralanan var
00:35 24 Dekabr 2017
Sumqayıtda Etilen-polietilen zavodunda bədbəxt hadisə baş verib.
SOCAR-ın mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bu gün saat 12.30 radələrində zavodun ərazisində yerləşən anbar binasının təmiri ilə əlaqədar "Azərikimya" İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 1 saylı Mexaniki quraşdırma sahəsinin işçiləri - quraşdırıcı çilingər Məmmədov Əlövsət Adil oğlu və elektrik qaz qaynaqçısı Əzizli Toğrul Cavadxan oğlu avtosəbətdə işləyərkən, avtosəbətin oxunun sınması nəticəsində yerə düşüblər.
Dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım hər iki işçini xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, 16-00 radələrində Məmmədov Əlövsət Adil oğlu dünyasını dəyişib. Toğrul Əzizlinin həyatı hazırda təhlükə altında deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.
Oxunub: 6363
Oxşar xəbərlər
- Sumqayıtda yataqxana yandı
- Sumqayıtda əməliyyat - Tutulanlar var
- Sumqayıtda top mərmisi tapıldı - FOTO
- Sumqayıtda avtomobil qadını vurdu
- Sumqayıtda YAP-ın yeni binası açılıb
- Sumqayıtdakı qəza ilə bağlı - Rəsmi məlumat
- Sumqayıtda öldürülən iki qadınla bağlı açıqlama
- Sumqayıtda dəhşətli hadisə - 2 qadın öldü
- Sumqayıtda ikimərtəbəli ev yandı
- Sumqayıtda da ödənişsiz `Wi-Fi` olacaq