Həyətindən avtomobilini qaçırdılar - Bakıda oğurluq


19:26     24 Dekabr 2017 06_1513975020.jpg

Bakıda oğurluq hadisəsi baş verib. Femida.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Xətai rayonu,Babək prospekti,Abdulla Rəhimov küçəsində baş verib.

Bakı şəhər sakini Rahib Kamal Rasim oğluna məxsus 10HM789 dövlət nömrə nişanlı VAZ 06 markalı “Jiqulu” oğurlanıb.

Həyətindən avtomobilinin yoxa çıxdığını görən sahibi dərhal polisə məlumat verib.Hazırda faktla bağlı araşdırma aparılır.


Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2397