Məscidin işığı kəsildi - 9 min manat borca görə


15:00     26 Dekabr 2017 mescid%20qaranliq.jpg

Abşeron rayonunun Novxanı kəndində yerləşən "Hacı Səfərəli" məscidinin işıqları kəsilib.


Femida.az xəbər verir ki, 9 min manat işıq borcuna görə 1 həftədir məscidə enerji verilişi dayandırılıb.

"Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Femida.az-a bildirib ki, həmin məscidə borcla bağlı dəfələrlə xəbərdarlıq olunub.

"Bizim üçün abonentlərin fərqi yoxdur. Gərək borc tam ödənilsin ki, enerji verilişi bərpa olunsun.Qeyd olunan məscidin elektrik enerjisindən istifadəyə görə 9 min manat borcu yaranıb. Məscidlərin hamısı Qafqaz Müsəlmanları İdarəsinin tabeliyindədir. Odur ki, borcu da QMİ ödəməlidir.", - deyə qurumun əməkdaşı bildirib.

Qeyd edək ki, məscid hicri tarixi ilə 1324-cü ildə tikilib.

Amin
Femida.az


Açar sözlər:

Oxunub: 2620