Qarabağa qanunsuz gedən fotoqraf Azərbaycan xalqından üzr istədi
19:12 26 Dekabr 2017
Rusiya vətəndaşı, fotoqraf və bloqer Vladimir Kezlinq Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğuna məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Bu barədə Femida.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məktubunda V.Kezlinq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini bildirib və Azərbaycan hökumətinin müvafiq razılığı olmadan, Azərbaycanın işğal edilmiş ərazilərinə səfərinin hər hansı bir siyasi məqsəd güdmədiyini vurğulayıb.
V.Kezlinq Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib.
V.Kezlinqin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.
Femida.az
Oxunub: 1458
Oxşar xəbərlər
- Qarabağa yeni hərbi prokuror təyin edilib
- Qarabağa səfər edən türkiyəli siyasətçilər həbs edilib Azərbaycana verilə bilər?
- Qarabağa gedən Türkiyə vətəndaşlarına cinayət işi açıldı
- Qarabağa müstəqillik verilərsə, nələr olar?
- Qarabağa qanunsuz səfər edən jurnalistlə bağlı - Açıqlama
- Qarabağa səfər etmiş jurnalist işdən çıxarıldı
- Qarabağa sühlməramlılar yerləşdiriləcək? - Açıqlama
- Qarabağa 400 erməni könüllü göndərilir
- Qarabağa qanunsuz gedən müğənni həbs edildi
- Qarabağa səfər edən fransız senator həbs edildi