Cinsiyyət orqanında narkotik keçirən qadın tutuldu - FOTO


23:21     26 Dekabr 2017 madde.jpg

Heydər Əliyev Beynəlxalq hava limanında ölkəyə külli miqdarda narkotik maddə keçirmək istəyən qadın saxlanılıb.


Femida.az-ın baku.ws-ə istinadən məlumatına görə, hadisə dekabrın 24-də baş verib.

Belə ki, İstanbuldan Bakıya gələn 30 yaşlı qadın özünü şübhəli aparıb.

Gömrük işçilərinin uğurlu əməliyyatı nəticəsində qadın saxlanılıb. Məlum olub ki, qadın cinsiyyət orqanında külli miqdarda “Ekstazi” narkotik maddəsini ölkəyə keçirmək istəyib. Qadın İstanbul aeroportundan sözügedən narkotik maddələri keçirə bilsə də Bakıda gömrük işçilərinin diqqətindən yayınmayıb.

Narkotik maddə müsadirə olunub, qadın isə saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.



Femida.az

Açar sözlər:

Oxunub: 5291


Oxşar xəbərlər