Cinayətkar həbsxananın qarşısında tutuldu - Bakıda əməliyyat


13:56     29 Dekabr 2017 1424266847_mtn-emeliyyat-kechirdi-cenubnews.jpg

Dünən saat 17:00 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat keçiriblər.


Femida.az oxu.az-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində axtarışda olan Naxçıvan MR Babək rayonu, Ceşməbazar kənd sakini, 1991-ci il təvəllüdlü, Dünyamalıyev Şirin Əhliman oğlu həbs edilib.

O, Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinin qarşısında saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, 26 yaşlı gənc Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə (Qəsdən sağlamlığa ağır zərər vurma) ittiham olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1966