Sabirabadda ağır qəza - 1 ölü, 8 yaralı
15:38 31 Dekabr 2017
Sabirabadda ağır qəza baş verib.
Femida.az APA-ya istinadən xəbər verir ki, qəza Hacıqabul-Bəhramtəpə yolunun Sabirabad rayon Nizami kəndi ərazisindən keçən hissəsində baş verib.
“Mercedes” və “Azsamand” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
“Mercedes”in sürücüsü Əhmədov Əjdər hadisə yerində ölüb. Həmin avtomobildəki sərnişinlər - Saatı sakini, 1962-ci il təvəllüdlü Tarverdiyev Ağamoğlan, 1988-ci il təvəllüdlü Tarverdiyeva Elvira Mehriban qızı, 1988-ci il təvəllüdlü Tarverdiyev Müşfiq Atamoğlan oğlu yaralanıb.
“Azsamand”ə sürücüsü, Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Hüseynov Hüseyn, sərnişin 1997-ci il təvəllüdlü Salmanov Səməd Tahir oğlu və daha 3 azyaşlı uşaq xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 787
Oxşar xəbərlər
- Sabirabadda piyadanı avtomobil vurub
- Sabirabadda avtobus zavodu yaradıla bilər
- Sabirabadda yük maşını yanıb
- Sabirabadda toyda kütləvi dava - Yaralılar var
- Sabirabadda yanğın - ölən var
- Sabirabadda ağır qəza - ÖLƏN VAR
- Sabirabadda qəza - Polis əməkdaşı öldü
- Sabirabadda oğurluq edən şəxs tutulub
- Sabirabadda iki qardaşdan silah götürülüb
- Sabirabadda qəza, ölən və xəsarət alan var