Evlənmək istəyənlərdə aşkarlanan qorxunc xəstəliklər
23:23 01 Yanvar 2018
Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son on il ərzində bu xəstəlikdən ölüm göstəricisi beş dəfə azalıb. Hazırda mərkəzdə 3100 xəstə daimi müalicə alır.
Femida.az xəbər verir ki, son illər Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir.
Keçən il 12 sümük iliyi transplantasiyası aparılıb, onlardan 10-u böyük beta-talassemiya, 1-i kəskin leykoz, 1-i aplastik anemiya xəstəsi olub.
Talassemiyanın profilaktikası baxımından nikaha daxil olan cütlüklərin tibbi müayinəsi çox böyük əhəmiyyət kəsb edir. Ötən il 130 min nəfərdən qan nümunəsi müayinə olunub. Onların arasında 3611 talassemiya daşıyıcısı, 103 qazanılmış immunçatışmazlığı sindromu, 422 sifilis xəstəliyi aşkarlanıb. Müayinə olunanlar arasında talassemiyalı 38 cütlük müəyyən edilib. Həmin cütlüklərin ailə həyatı qurması nəticəsində hamilə qalan 24 qadının hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb. Nəticədə 4 sağlam, 14 daşıyıcı, 6 xəstə döl aşkar edilib.
Femida.az
Oxunub: 872
Oxşar xəbərlər
- Evlənmək istəyirdilər, QİÇS aşkarlandı - Azərbaycanda
- Evlənmək istəyən 7 nəfərdə QİÇS tapıldı
- Evlənmək istəyənlərin nəzərinə - Qızıl bahalşdı
- Evlənmək istəyən 203 nəfərdə QİÇS aşkarlandı
- Evlənmək istəyənlərə bəd xəbər - Qiymətlər qalxdı
- Evlənmək istəyənlərə bəd xəbər - Qızıl bahalaşdı
- Evlənmək istəyən 4358 nəfərdə talassemiya tapılıb
- Evlənmək istəyən oğlan intihar etdi - Sevdiyi qıza görə
- Evlənmək istəməyən yeniyetmə atasını öldürdü - YENİLƏNİB
- Evlənmək istəyənlər oxusun! - Qızılın qiyməti...