16 yaşlı yeniyetmə bütün ailə üzvlərini qətlə yetirib


01:30     02 Yanvar 2018 4b662fae-58bc-4621-8ebd-9b29cf8c5a7d.jpg

ABŞ-da 16 yaşlı yeniyetmə özünün ailə üzvlərini qətlə yetirib.


Femida.az xəbər verir ki, bu barədə "NBC" məlumat yayıb. Məlumatda qeyd edilir ki, Nyu-Cersi ştatının polis əməkdaşları üç qohumunu, həmçinin ailənin dostunu qətlə yetirən 16 yaşlı yeniyetməni şübhəli şəxs qismində saxlayıblar. O, Yeni il ərəfəsində öz ata-anasını, bacısını və ailənin dostunu tüfəngdən atəş açaraq öldürüb.

Yerli prokurorun sözlərinə görə, adı açıqlanmayan şübhəli şəxsin qardaşı və babası hadisə zamanı evdə olmayıblar.

Yeniyetməyə 48 saat ərzində cinayət məcəlləsinin dörd maddəsi, həmçinin digər maddələr üzrə ittihamlar irəli sürüləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 897