Yeni il gecəsi özünü asdı


15:32     02 Yanvar 2018 25%20yas%20intihar%20gelin68.jpg

Bakıda yaşayan 52 yaşlı qadın özünü asaraq intihar edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dekabrın 31-də saat 20 radələrində baş verib.

Şövkət Ələkbərova küçəsində yerləşən mənzilində tək yaşayan 1965-ci il təvəllüdlü Nəbiyeva Ellada Ayaz qızı mətbəxin qapısından özünü asıb.

Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 714