Nazirliyə 23 mindən çox müraciət daxil olub
02:56 03 Yanvar 2018
Vətəndaşların səhiyyə ilə əlaqədar müraciətlərinin təcili həlli məqsədilə yaradılmış Elektron Səhiyyə Mərkəzinə ötən il ərzində daxil olan 23,4 min müraciətin xeyli hissəsi yerindəcə həll edilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, qurumun “Qaynar xətt” əlaqə mərkəzinə il ərzində daxil olan 1120 şikayət araşdırılaraq lazımi tədbirlər görülüb. Bundan başqa keçən il ölkəmizin 12 regionunda səhiyyə naziri vətəndaşların qəbul edərək onların müraciətlərini dinləyib və həmin məsələlərin həlli istiqamətində göstərişlər verib.
Elektron xidmətlərdən istifadənin asanlaşdırılması məqsədilə 20 adda elektron xidmət təkmilləşdirilib, interfeysi yenilənərək istifadəyə verilib. Yeni “Davamlı tibbi təhsil tədbirlərin akkreditasiyası üçün müraciət” elektron xidməti yaradılıb.
Nazirliyə daxil olmuş müraciətlər arasında minnətdarlıq məktublarının sayı əvvəlki illə müqayisədə iki dəfə artıb.
Femida.az
Oxunub: 797
Oxşar xəbərlər
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Nazirliyə bir ayda 10 min müraciət edilib
- Nazirliyə edilən zənglərin sayı azalıb
- Nazirliyə yeni bina tikilir
- Nazirliyə 7 milyondan çox müraciət edilib
- Nazirliyə 18 mindən artıq müraciət olub
- Nazirliyə müraciət edənlərin sayı azalıb
- Nazirliyə 6 milyona yaxın müraciət daxil olub
- Nazirliyə 23 minə yaxın zəng gəldi
- Nazirliyə müraciət edənlərin sayı artıb