Toyuna 10 gün qalmış şəhid olan gizirin doğum günüdür - FOTOLAR


17:28     04 Yanvar 2018 15871891_193617871109624_1794838096546763339_n.jpg

Aprel döyüşləri zamanı şəhid olan hərbçi Teymur Qasımovun doğum günüdür.


Femida.az xəbər verir ki, 04 yanvar 1992-ci ildə Mingəçevir şəhərində dünyaya gələn Teymur Qasımov Mingəçevir İnternat məktəbinin məzunu olub. O, eyni zamanda tanınmış idmançı idi.

2012-ci ildən Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu, 2013-cü ildən isə gizir kimi vətənə xidmət edib. 2016-cı ilin aprel döyüşləri zamanı Tərtər rayonunun Talış kəndindəki yüksəklik uğrunda gedən son döyüşdə şəhid olub.Şəhid aprelin 9-da Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Teymur Qasımov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

Xatırladaq ki,həmin ilin aprelin 14-də Teymur Qasımovun nişanı olmalı idi.











Mircəlal Məcidli
Femida.az



Açar sözlər:

Oxunub: 5229