İki körpə diri-diri yandı - Qobustanda faciə


19:18     04 Yanvar 2018 sex%20yangin.jpg

Qobustan rayonu, Qaracüzlü kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-cı il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkarlanıb. Yanğın zamanı 1 nəfər azyaşlı (2011-ci il təvəllüd) yanıq xəsarətləri alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1279