Tələbələr bunu da etdi - BSU-da qəribə İMTAHAN
22:45 05 Yanvar 2018
Bu gün Bakı Slavyan Universitetində imtahan zamanı qəribə və maraqlı hadisə yaşanıb.
Femida.az xəbər verir ki, bu barədə hüquqşünas Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, universitetin Filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbələri (rus bölməsi) Nizami Gəncəvinin yaradıcılığı mövzusunda imtahana hamısı eyni qələmlə gəlib.
Nəzarətçilərin diqqətini hamının eyni qələmdən istifadə etməsi çəkib və qələmləri yoxlayarkən bəlli olub ki, hamısı tələbələrin özü tərəfindən hazırlanıb. Qələmlərin üstləri imtahana düşəcək sualların əsas ana xəttlərini əhatə edən köçürmələrlə sarılıb. Təxminən 40-50 qələm müsadirə edilərək götürülüb.
Femida.az
Oxunub: 1286
Oxşar xəbərlər
- Tələbələr silahlandı - FOTOLAR
- Tələbələr ixtisasını dəyişə bilməyəcək
- Tələbələr üçün yataqxana tikilir
- Tələbələr üçün nəqliyyatda güzəşt olacaq - Yenilik
- Tələbələrə akademik məzuniyyət verilməsi qaydaları açıqlandı
- Tələbələr universiteti 4 ildən tez bitirə biləcək
- Tələbələr bu xəbərə sevinəcək
- Tələbələrə ŞAD XƏBƏR: Yeni yataqxanalar tikiləcək
- Tələbələr yarışdılar - FOTOLAR
- Tələbələr üçün Rusiyada kino təhsili almaq şansı