Ərdoğandan fransız jurnalistə SƏRT CAVAB


02:47     06 Yanvar 2018 1459783662_erdogan-4-aprel.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Paris səfəri çərçivəsində fransız həmkarı Emmanuel Makronla keçirdiyi görüşdən sonra təşkil edilən mətbuat konfransında fransız jurnalistin sualına sərt cavab verib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, konfransda fransız jurnalist Ərdoğana Türkiyənin 2013-2014-cü illərdə Suriyaya silah göndərdiyi barədə sual verib.

Buna əsəbiləşən Ərdoğan jurnalistin sözünü yarımçıq kəsib və ona sərt cavab verib:

"Əməliyyatı keçirənlər FETÖ prokurorları idi. İndi həbsxanadadır. Kəşfiyyat orqanlarının belə əməliyyatlar üçün yük maşınları ilə silah daşımaq səlahiyyətləri var. Mənə bu sualı verirsiniz, ABŞ-ın Suriyaya 4 min TIR-la gətirdiyi silahlarla bağlı soruşmursunuz? FETÖ-nün ağzı ilə danışmamağı öyrənin. Qarşınızda bunu da “udacaq” biri yoxdur”.

Femida.az

Açar sözlər:

Oxunub: 971