Avtomobili icarəyə götürüb satdı - Bakıda qəribə olay


13:52     06 Yanvar 2018 masin_avtomobil_almaq_01254.jpg

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.


Femida.az Lent.az-a istinadla xəbər verir ki, 1954-cü il təvəllüdlü Dünyamalıyev Nizami Xəlil oğlu polisə müraciət edərək bildirib ki, keçən ilin aprelində tanışı Nəzərov Nəriman Aslan oğlu onun "Brilliance 530" markalı, 01 AB 047 dövlət qeydiyyat nişanlı avtomobilini icarəyə götürüb. Müəyyən müddətdən sonra avtomobilin icarəyə verilməsi ilə bağlı 1180 manat borc yaranıb və icarədar avtomobilin və pulun verilməsini tələb edib. Lakin məlum olub ki, N.Nəzərov icarəyə götürdüyü avtomobili başqa şəxsə satıb.

Nizami Dünyamalıyev ona dəyən ziyanın ödənilməsini tələb edib.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2660