Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
17:58 06 Yanvar 2018
Yanvarın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.
Yanvarın 7-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdəyağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Femida.az
Oxunub: 1091
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək
- Nazim İbrahimov: Qlobal siyasətdə Azərbaycan öz sözünü deyir