İranda ibtidai siniflərdə ingilis dili qadağan olundu - VİDEO


19:59     08 Yanvar 2018 schoolgirlsIran.jpg

İranda ibtidai siniflərdə ingilis dilinin tədrisi ləğv olunub.



Femida.az-ın APA TV-yə istinadən məlumatına görə, qərar İranın ali dini lideri Ayətullah Əli Xameneyinin bu barədə açıqlamasından sonra verilib.






Ali dini lider bir müddət əvvəl erkən yaşlarda xarici dil öyrənilməsinin mədəni işğala səbəb olacağını bildirmişdi. Bundan sonra ibtidai siniflərdə ingilis dilinin tədrisinə qadağa qoyulub.

İran dövlət televiziyasına danışan İran Təhsil Şurasının sədri Mehdi Navid-Adham "Dövlətə aid və özəl məktəblərdə ibtidai siniflərdə proqram çərçivəsində ingiliscə təhsil verilməsi qanunlara və qaydalara uyğun deyil" deyib. Navid-Adham qərara səbəb kimi "şagirdlərin İran mədəniyyətinin təməlini ibtidai sinifdə almasını" göstərib.

Açar sözlər:

Oxunub: 1324