Evini təmir etmək istədi, damdan yıxıldı


13:19     09 Yanvar 2018 37-yasli-kisi-damdan-yixildi-veziyyeti-agirdir_157680dfd7894a-xebervar_com9.jpg

Ağdaş rayonunda evin damından yerə yıxılan kişi ağır xəsarət alıb.


1958-ci il təvəllüdlü Mirzəyev Şəmsi Nəsib oğlu rayonun mərkəzində yerləşən evinin damına çıxaraq təmir işi görürmüş.

Bu zaman o, ehtiyyatsızlıq edərək ikimərtəbəli evin damından yerə yıxılıb. Kişi ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Femida.az

Açar sözlər:

Oxunub: 726