Əmanətçilərə kompensasiya ödənilib
22:54 01 Mart 2018
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə 43,2 milyon manatdan artıq kompensasiya ödəyib.
Fonddan Femida.az-a verilən məlumata görə, kompensasiyaların ödənilməsinə fevralın 1-dən başlanılıb.
ƏSF ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsində yenilik tətbiq edib. Belə ki, Azərbaycan Respublikasının iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir. Bu addım ödəniş prosesinin şəffaf keçirilməsinin bariz nümunəsidir və qorunan əmanətçilər tərəfindən rəğbətlə qarşılanır. Kompensasiyaların ödənilməsi “KapitalBank” ASC-nin 26 filialında aparılır.
Ləğv prosesində olan “Dəmir Bank” ASC-də qorunan əmanətçilər kompensasiyaların ödənilməsi üçün 1 (bir) il müddətində müraciət edə bilərlər.
Femida.az
Oxunub: 561
Oxşar xəbərlər
- Valideynlərini itirmiş uşaqlar ilk dəfə işə düzələrkən 265 manat kompensasiya alacaqlar
- ŞAD XƏBƏR: Bu şəxslərə kompensasiya ödənəcək - VİDEO
- Gələn həftə bütün müavinət, təqaüd, kompensasiyalar ödəniləcək
- İyulun 17-də bütün müavinət, təqaüd və kompensasiyalar ödəniləcək
- Bağlanmış bankların əmanətçilərinə 641 mln manatdan artıq kompensasiya ödənilib
- Aprel ayı üzrə pensiya, müavinət, təqaüd və kompensasiyaların ödənişi yekunlaşıb
- Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət qaydası dəyişir
- Baş nazirdən YENİ QƏRAR: Bu şəxslərə kompensasiya ödəniləcək
- Vaksindən ölümə görə kompensasiya veriləcək? - TƏBİB-dən AÇIQLAMA
- Gəncə sakinlərinə kompensasiyalar verilməyə başlandı (FOTO)