Qayınatasını bıçaqladı, qayınanasına isə bellə xəsarət yetirdi


03:34     23 Sentyabr 2015 277749c49eccd0d6ee188a83afcea1e2.jpg


Bu gün axşam saatlarında Salyanda yeznə qayınatasını bıçaqlayıb, qayınanasına isə xəsarət yetirb. Salyan Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Həsənli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Vaqif Sahib oğlu Cəfərov qeyri-rəsmi nigahda olduğu arvadını bir müddət bundan öncə döyərək ona ağır xəsarətlər yetirib. Bununla bağlı polisə şikayət olunub.

Polisə şikayət edildiyi üçün Vaqif Cəfərov qayınatasıgilə gələrək mübahisə edib. Mübahisə zamanı o, qayınatası 1952-ci il təvəllüdlü Tahir Gülməmməd oğlu Adıgözəlova üzərində gəzdirdiyi bıçaqla zərbə endirib, qayınanasına isə həyətdəki bellə xəsarət yetirib. Yaralılar dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktala bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 877