Madrid küçələri boş qaldı


23:42     23 Sentyabr 2015 66158847.jpg

Sentyabrın 22-də bütün Avropada qeyd olunan “Avtomobilsiz gün” çərçivəsində Madrid şəhərinin bəzi mərkəzi küçələri də bir neçə saatlıq şəxsi avtomobillər üçün bağlanıb. Şəhər Şurasının bu qərarı əhali tərəfindən birmənalı qarşılanmayıb.


Femida.az xəbər verir ki, hərəkətin məhdudlaşdırıldığı küçələrə birləşən digər küçə və prospektlərdə ciddi tıxaclar yaranıb. Sürücülərin əksəriyyəti belə bir məhdudiyyət haqqında məlumatlandırılmadığını deyib. Hərəkəti tənzimləməyə çalışan polis vəziyyətin xaos halına çatmasını etiraf edib.

Bununla yanaşı, mərkəzi küçələrin avtomobilsiz olmasından faydalanan piyadalar bu aksiyadan razılıqlarını gizlətməyiblər.

Açar sözlər:

Oxunub: 818