Səməd Seyidov AŞPA-da vitse-prezident seçildi
02:13 29 Sentyabr 2015
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində qurumun Monitorinq komitəsinin (MK) iclası keçirilib və iclasın gündəliyində quruma sədr müavini vəzifəsinə seçkilər keçirilib.
Seçkilərdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yektilliklə komitənin sədr müavini vəzifəsinə seçilib.
Toplantıdan çıxan Səməd Seyidov APA-ya açıqlamasında bunun Azərbaycana verilən etimadın göstəricisi olduğunu bildirdi. “Mən bu posta Avropa Mühafizəkarları fraksiyasının dəstəyi ilə təklif olundum. Eyni zamanda, bu mənim Monitorinq komitəsində uzun illər işimin nəticəidir. Bildiyiniz kimi, Serbiya üzrə məruzəçiyəm, 15 ildir MK-də fəaliyyət göstərirəm. Fikrimcə, bu Azərbaycana göstərilən etimadın göstəricisidir. Xüsusilə MK, çünkü Avropa ölkələrində seçkiləri müşahidə etmək AŞPA-nın öhdəliklərindən biridir".
Oxunub: 587
Oxşar xəbərlər
- Səməd Seyidov açıqladı - Bu da yeni nümayəndələr
- Səməd Seyidov: Mən elə şey deməmişəm
- Səməd Seyidov AŞPA-nın iclasında iştirak edəcək
- Səməd bəy Mehmandarovun gəlinini döydülər
- Səməd Seyidov: Azərbaycan gələcəyi müəyyən edən bir məkana çevrilib
- Səməd Seyidov Rusiyaya gedir
- Səməd Seyidov partiya sədri seçildi - Avropada
- Səməd Seyidovdan şok təklif