Sədr müavini qəzaya düşdü


03:26     06 Oktyabr 2015 cd7953449d52.jpg

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın ans press-ə istinadən məlumatına görə, bu gün rayonun Xudat kəndində köhnə Xudat Kənd Bələdiyyəsinin keçmiş sədri, indiki sədr müavini Səyavuş İbrahimov idarə etdiyi "Niva"nı yolun kənarındakı beton elektrik dirəyinə çırpıb, nəticədə dirək aşıb. Sürücü özü xəsarət almasa da, ətraf kəndlər işıqsız qalıb.

Xaçmaz Polis Şöbəsinin Xudat bölməsi faktı təsdiqləyib. "Azərişıq" ASC-nin Xaçmaz şöbəsinin qəza briqadası nəticələrin aradan qaldırılması istiqamətində iş aparır.

Faktla bağlı araşdırmalar davam edir.

Açar sözlər:

Oxunub: 780