Yağışlı hava davam edəcək


18:35     13 Oktyabr 2015 e7878030-d9f4-41d6-81ed-dd70ad4dd91e.jpg

Azərbaycanda yağışlı hava şəraiti sabah da davam edəcək.


Bu barədə Femida.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 15-17, Bakıda isə gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arbir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-metereoloji proqnoza əsasən, oktyabrın 14-15-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və metereoloji amillərin zəif və mülayim tərəddütü meteohəssəs insanlar üçün əsasən əlverişlidir.

Açar sözlər:

Oxunub: 811