Evinin həyətində bıçaqlandı


02:30     17 Oktyabr 2015 bicaqqq.jpg

Gəncədə bıçalanma hadisəsi baş verib.

Femida.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə küçəsi, 6-cı döngə, ev 7 də yaşayan 18 yaşlı şəhər sakini Şəhriyar Əliyev yaşadığı evin həyətində bıçaqlanıb.

Hələlik onun kim tərəfindən bıçaqlandığı bilinmir. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Vəziyyəti ağırdır, faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1886