“Qızıl Məryəm”in əri hansı tanınmış olub? - FOTO (VİDEO)
18:05 07 Yanvar 2016
Yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi-17 ünvanında qətlə yetirilən 1960-cı il təvəllüdlü Məryəm Namədzadənin həyatı ilə bağlı şok fakt məlum olub.
Femida.az Məryəm Namədzadənin həyat yoldaşı ilə bağlı məlumat əldə edib. Belə ki, mərhumənin həyat yoldaşı Mehman Hüseynov Qarabağ qazisi olub. Qarabağ müharibəsi illərindən bəhs edən “Fəryad” filminin də qəhrəmanı məhz odur. Mehman Hüseynov Milli Ordumuzun Şıx batalyonun ilk könüllülərindən və batalyonda tağım komandiri olub.
1991-ci ilin dekabrında Kərkicahanda düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərmiş, sursatları bitmiş, əsgərlərimizin çoxu həlak olmuş, Mehman yaralı vəziyətdə əsir düşmüşdü.
Həmin illərdə 9 nəfər əsgəri ilə mühasirədə olduğu evdən 80 ermənini məhv edən, 2 ay əsirlik həyatından sonra xilas olub. Onun Məryəm xanımla evliliyindən Günel Hüseynova adlı qızları dünyaya gəlib. Anasının qətlində adı hallanan qız məhz həmin qızdır. Qarabağda çətin döyüş yolu keçmiş Mehman Hüseynov isə 2015- ci ilin mayın 12- də qəfildən ürək tutmasından vəfat edib.
Mehman Hüseynovun əsirlikdən sonra çəkilmiş görüntülərini təqdim edirik.
Miri Məcidli
Femida.az
Oxunub: 23309
Oxşar xəbərlər
- “Qızıl Xaç” Baqdasaryana baş çəkib
- “Qızıl Xaç” girovlarımıza baş çəkib
- “Qızıl Məryəm”i qətlə yetirənlərin məhkəməsi başladı
- “Qızıl Məryəm“in qətli ilə bağlı məhkəmə başlayır
- “Qızıl medal almadığıma görə özümü bağışlaya bilmirəm” - Toğrul Əsgərov
- “Qızıl Xaç” erməni əsirə baş çəkdi
- “Qızıl Xaç”dan Bakı və İrəvana TƏKLİF
- “Qızıl Xaç” Dilqəm və Şahbazla görüşüb
- “Qızıl oğlan”ın 36 yaşı tamam olur
- “Qızıl Məryəm”in qatillərindən biri də tutuldu