Sürücü-polis davasına rəsmi reaksiya - Video


16:00     29 Fevral 2016 1456732376.jpg

Bakıda yol polisi inspektoru ilə qadın sürücü arasında baş verən gərgin anlar araşdırılıb və hüquqi qiymət verilib.



Bunu Femida.az -a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov qadın sürücü ilə polis arasında yaranan insidentə münasibət bildirərkən deyib.

Qurum rəsmisinin sözlərinə görə, məhkəmənin qərarı ilə həm sürücü, həm də yanındakı sərnişin 200 manat cərimələnib:

“Qadın sürücü kobud şəkildə yol hərəkəti qaydasını pozub. Üstəlik maşın zədəli olub. Bundan başqa poisə “VTB bank” tərəfindən avtomobilin axtarışa verilməsi, Səbail rayon məhkəməsi tərəfindən cərimə qərarları və 5 MMX olduğu üçün avtomobilin saxlanılması tapşırılıb. Sürücü yol polisinin saxla-dur əmrinə əhəmiyyət verməyib. Yanında həyat yoldaşı kimi təqdim etdiyi kişi sərnişin olub.

Yol polisləri nəhayət maşını saxlamağa müvəffəq olublar. Qadın qapıları bağlayaraq maşından düşməyib, polisə qarşı zor tətbiq edib. Hətta vəziyyət o yerə çatıb ki, qadın polisin üqzünə xəsarət yetirib. Polisin sifəti tanınmaz hala düşüb. Hazırda xəsarət alan yol polisi xəstəxanadadır. Buna baxmayaraq, yol polisi əmrə tabe ola bilməyən sürücünü saxlaya bilib.
Hadisə ilə bağlı Xətəai rayon məhkəməsi həm sürücü, həm də yanındakı sərnişini 200 manat cərimələyib.

Qadın sürücü Azərbaycan xanımına yaraşmayan hərəkət edib. Ümumiyyətlə Azərbaycan kişisi heç vaxt qadına zor tətbiq etməyin tərəfdarı olmayıb. Görün polisi hansı həddə çatdırıb ki, o qadına qarşı zor tətbiq etmək məcburiyyətində qalıb”.

Xatırladaq ki, bir neçə gün öncə Xətai rayonu, Süleyman Vəzirov küçəsində polisin əmrinə tabe olmayan 99 FH 475 nömrə nişanlı avtomobilin qadın sürücü ilə 99 YP 497 nömrə nişanlı YPX ekipajının əməkdaşı olduğu bilinən Əlövsət adlı polis arasında insident yaşanıb.


Açar sözlər:

Oxunub: 3759


Oxşar xəbərlər