Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi


20:36     04 Mart 2016 fe6db8aa66714526fd6f78f5504b043a.jpg

Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən iclasında Ali Məhkəmənin hakimi İslam Əliyevin vəzifəsindən azad edilməsi ilə bağlı ərizəsinə baxılıb.


Femida.az -ın məlumatına görə, layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verərək bildirib ki, İ. Əliyev peşə fəaliyyətində nümunəvi kadrdır.

İ. Əliyevin vəzifəsindən azad olunaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilməsi təklif olunub.

Məsələ səsə qoyularaq qəbul edilib.

Açar sözlər:

Oxunub: 6147