“Bir xristian kimi ermənilərə nifrət edirəm” – Robert Mobili


15:22     09 Aprel 2016 robert%20mobili.jpg

“Ermənilər ən çox bizə zərər vurub”.


Bu sözləri Femida.az-a açıqlamasında Alban-udi xristian icması sədri Robert Mobili deyib.

İcma sədrinin sözlərinə görə, ermənilər udinlərə məxsus tarixi-mədəni abidələri saxtalaşdıraraq öz adlarına çıxarıblar:

“25 ildir ki, ermənilər bizə məxsus mədəni abidələri məhv edirlər. Onlar Alban mədəni irsi və udinlərə məxsus abidələri saxtalaşdıraraq erməni kilsələri kimi təqdim edirlər. İxtisasım geoloq olduğuna görə bu saxtalaşdırma prosesini daha dəqiq görə bilirəm. Ermənilər kilsələr üzərindəki yazıları və xaçları dəyişdiriblər. Bu açıq aydın görünür. Alban kilsələrinin xaçları fərqlidir. Bildirmək istəyirəm ki, ermənilərin ən çox zərər vurduğu etnos udinlərdir. Məsələn, Talış kəndi udinlərin kəndi olub. Sonradan həmin kənd erməniləşdirilib. Buna görə də bir xristian kimi ermənilərə nifrət eləyirəm. Bizim başımıza gətirilən müsibətlər heç bir xalqın başına başına gətirilməyib”.

Robert Mobili Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Prezident İlham Əliyevin yeritdiyi siyasəti dəstəklədiyini bildirdi:

“Udinlər Alban kilsələrinin birbaşa varisləridir. İcma olaraq həmişə Azərbaycanın yanında olmuşuq. Biz həmişə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan etmişik. Mütəmadi olaraq Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmağa çalışıram. Avropa ölkələrində səfərdə olarkən erməni barbarlığı haqqında dəfələrlə çıxışlar etmişəm. Cənab prezidentin bugünkü siyasətini dəstəkləyirik və ümid edirik ki, yaxın vaxtlarda Qarabağ düşmən tapdağından azad olunacaq”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 10945