“Bakı Marafonu 2016“ qalibləri mükafatlandırıldı


18:45     01 May 2016 marafon_mukafat_010516__(1).jpg

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2016”nın qalibləri məlum olub.


Marafonda qadınlar arasında finiş xəttinə ilk olaraq Rahidə Aslanova çatıb. Kişilər arasında birinci yerə Namiq Əsədov, ikinci yerə Gürcüstan vətəndaşı Georqi Dameniya, üçüncü yerə isə Tural Sadıxlı çıxıblar.

Marafonda birinci yerin qalibinə 3 min, ikinci yeri tutana 2 min, üçüncü yerə çıxana isə min manat məbləğində mükafat verilib.

Qeyd edək ki, marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 2765