15 yaşlı məktəblinin tarixi kəşfi
21:16 14 May 2016
Kanadada yaşan 15 yaşlı bir uşaq heç kəsə məlum olmayan Maya mədəniyyətinə aid qədim şəhəri ortaya çıxarıb.
Kvebek şəhərində yaşayan Uilliam Qadorinin mayalılara qarşı marağı sayəsində yeni kəşfə imza atıb. Uiliam 117 maya şəhərinin 22 bürcə aid ulduzların yerlərinə uyğun gəldiyini aşkarlayıb. Apardığı araşdırma zamanı məktəbli 3 ulduzdan ibarət olan 23-cü bürcə aid bir şəhərin tapılmadığını müəyyən edib.
Kanada Kosmik Agentliyinin peyk fotoşəkillərindən istifadə edən Qadori daha sonra bunları “google earth” şəkilləri ilə birləşdirib və 3-cü ulduzun işarə etdiyi yerdə şəhərin olduğunu aşkarlayıb.
Koordinatlara görə sözügedən şəhər Meksikadakı Yukatan yarımadasının yaxınlığında yerləşir. Mütəxəssislər bunun indiyə qədər tapılan ən böyük Maya şəhəri olacağını hesab edirlər. Hələ orta məktəbdə oxuyan Qadori əsas hədəfinin tapılan yeni şəhərdə aparılacaq araşdırmalarda şəxsən iştirak etmək olduğunu və qalıqları öz gözləri ilə görmək istədiyini deyib.
Femida.az
Oxunub: 2971
Oxşar xəbərlər
- 15 günün gəlini vəhşicəsinə döyüldü - Xəstəxanalıq oldu
- 15 gündə 26 minlik cərimə
- 15 dövlət əmlakı özəlləşdirilib
- 15 yaşlı qız itkin düşdü
- 150 nəfər Azərbaycan polisi `Çelsi` futbolçularını qoruyacaq
- 15 cinayət “isti izlər”lə açılıb
- 15 cinayət “isti izlər”lə açılıb
- 15 yaşlı oğlan qətl törətdi - Şəmkirdə
- 15 hindliyə verilən ölüm hökmünü dəyişdi
- 151 nəfər Azərbaycan vətəndaşlığından çıxarılıb - SƏBƏB