Gəncədə fabrik yanır - Son açıqlama (Yenilənib)


20:40     23 May 2016 1431007777_yangin-hadisesi-bash-verib5.jpg

Gəncədə qənnadi fabrikində yanğın başlayıb.


Femida.az xəbər verir ki, Gəncə Qənnadi ASC-də yanğın baş verib. Hadisə yerinə 5 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülməyə çalışılır.

***

İlkin ehtimala görə, yanğın anbarın 3-cü mərtəbəsində yerləşən otaqlardan birində aparılan qaynaq işləri nəticəsində yaranıb.

Xatırladaq ki, iki gün bundan öncə də Gəncə Qənnadı ASC-nin inzibati binasında, mətbəxdən başlayan yanğın dörd inzibati otaq da daxil olmaqla (müdir, müdir müavini, baş mühəndis və komendantın otaqları) 178 kv.m sahəni əhatə etmişdi.

***

Hazırda yanğınsöndürənlərin səyi nəticəsində Gəncə Qənnadı ASC-nin inzibati binasında alovun qarşısı alınıb. Xəsarət alan yoxdur.

Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini Rahib Nadirov deyib ki, yanğın zamanı xəsarət alan yoxdur: "Müəssisə rəhbərliyi yanğına elektrik naqillərində yaranan qısaqapanmanın səbəb olduğunu güman edir. Amma Dövlət Yanğın Nəzarəti Xidməti orqanlarının əməkdaşları tərəfindən araşdırılıb, məlumat veriləcək".

Femida.az

Açar sözlər:

Oxunub: 2619