`Xalq-iqtidar birliyi möhkəmlənir` - Prezident


03:05     28 May 2016 ilham%20eliyev%2021.jpg

"Azərbaycan Heydər Əliyev yolu ilə gedir, bu siyasətə sadiqdir".


APA-nın məlumatına görə, bunu Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bu gün keçirilmiş rəsmi qəbulda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı deyib ki, dünya, bölgə dəyişir: "İndii biz tam fərqli geosiyasi vəziyyətdə yaşayırıq. Ancaq biz həm daxili, həm də xarici siyasətdə bağlı prinsipial seçimimizə sadiqik. Azərbaycan xalqı vahid amal uğrunda birləşib ki, ölkəmizi daha da gücləndirək, xalqımızın rifah halını qaldıraq, Azərbaycanın dünyadakı nüfuzu daha da artsın. Beləliklə, biz dayanıqlı, uzunmüddətli inkişaf strategiyamızı icra edə bilək. Buna nail olmaq üçün qarşımızda önəmli vəzifələr durur. Son illər ərzində qarşıya qoyduğumuz məsələlər öz həllini tapır. 2003-ü ildən bu günə qədər görülən işlər barədə çox danışmaq istəməzdim, hər şey göz qabağındadır. Azərbaycanın beynəlxalq nüfuzu artıb, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuşuq, Milli iqtisadiyyat 3 dəfədən çox artıb, maaşlar, pensiyalar dəfələrlə artırılıb. Azərbaycan çox böyük əhəmiyyət kəsb edən transmilli enerji, nəqliyyat layihələrini uğurla icra edib. Azərbaycan qazı, elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Xüsusən neft-qaz layihələrinin icrasında liderlik keyfiyyətlərimizi bütün dünyaya nümayiş etdiririk”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan hazırda regional nəqliyyat mərkəzinə çevrilir: “ Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələri rahat bir ailə kimi yaşayır. Bu siyahını uzatmaq olar. Görülən işlər haqqında danışsam, saatlarla vaxt lazım olacaq. Əsas məsələ odur ki, belə möhkəm təməl var, görüləcək işlər haqqında danışaq. 1993-2003-cü illər və sonrakı illərdə görülən işlər inkişaf üçün möhkəm təməl yaradıb. Biz bu təməl üzərində müstəqil dövlət quruculuğu prosesini davam etdiririk. Vəzifələrə gəldikdə, daxili siyasətlə bağlı bundan sonra da Azərbaycanda təhlükəsizlik və sabitlik təmin edilməlidir. Bu iki faktor olmasa, heç bir ölkə inkişaf edə bilməz”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda təhlükəsizlik lazımi səviyyədə təmin edilir: “Bu gün dünyada gedən prosesləri görürük, bu şəraitdə Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır. Bu, xüsusi ilə yüksək qiymətə layiq olmalıdır. Sabitliyə gəldikdə, sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqı dövlət siyasətini dəstəkləyir, xalq-iqtidar birliyi möhkəmlənir və əlbəttə, Azərbaycan xalqı ölkəmizin seçiminə sadiqdir. Azərbaycan xalqı istəyir ki, sabitlik möhkəmlənsin, Azərbaycan daha da güclənsin. Ona görə sabitliyin təminatçısı Azərbaycan xalqıdır, onun iradəsidir”.

Femida.az

Açar sözlər:

Oxunub: 1301


Oxşar xəbərlər