Əliyevlə Sarkisyan Fransada görüşə bilər


14:12     28 May 2016 prezidentlerin%20gorusu%20gozlenilir%2026.Jpeg

Fransa Strateji Araşdırmalar Fondunun eksperti, politoloq Kayts Minasyan Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün Fransada keçirilə biləcəyini bildirib.


Femida.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti məlumat yayıb.

Minasyan qeyd edib: “Görüşə qədər bəzi məsələləri dəqiqləşdirmək lazımdır. Məsələn, görüşün təşkilatçısı kim olacaq: Fransa xarici işlər naziri Jan-Mark Eyro, dövlət katibi Harlem Desir və ya prezident Fransua Olland”.

O, həmçinin əlavə edib ki, bu görüşdə digər həmsədr ölkələrin xarici işlər nazirlərinin də iştirak edib-etməyəcəyi məlum deyil.

“Əgər biz Vyanada başlayan görüşü davam etdirmək istəyiriksə, onda onların potensial görüşdə iştirakı vacibdir”.

Xatırladaq ki, mayın 16-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 2034