Həkimlərdən SOS: Rio Olimpiadası ləğv edilsin
15:18 28 May 2016
150-dən çox alim və həkim Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Marqaret Çenə müraciət edərək Rio-de-Janeyroda keçiriləcək Olimpiadanın ləğvinə və ya başqa yerə keçirilməsinə nail olmağa çağırıblar.
Femida.az xəbər verir ki, onlar Olimpiadadan sonra "Zika" virusunun sürətlə yayılacağından narahatdırlar. Müraciət müəllifləri bildirirlər ki, 500 mindən çox turist virusu başqa ölkəyə aparacaq və xəstəlik orada yayılacaq. Nəticədə xəstəlik kasıb ölkələrdə endemiyaya çevriləcək və böyük problemlərə səbəb olacaq. Onlar bildirirlər ki, təxirə salınması və ya başqa yerə keçirilməsi mümkün olan Olimpiya Oyunlarına görə belə böyük riskə getmək olmaz. Müraciətin bir nüsxəsi Beynəlxalq Olimpiya Komitəsinə göndərilib.
Öz növbəsində, Braziliya Səhiyyə Nazirliyindən bildiriblər ki, oyunların təxirə salınmasına heç bir əsas yoxdur.
Onlar qeyd edirlər ki, oyunların keçiriləcəyi avqust ayında istilər səbəbindən virusun yayılması ən aşağı həddə düşür.
Femida.az
Oxunub: 972
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək