Avtomobil velosipedçini vurub öldürdü


15:27     28 May 2016 qeza_velosiped_045.jpg

İmişlidə baş verən yol qəzasında 1 nəfər ölüb.


Məlumatına görə, hadisə gecə saatlarında rayonun Şahverdili kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobil velosipedçini vurub. Nəticədə velosipedin sürücüsü, rayonun Göbəktala kənd sakini, 1984-cü il təvəllüdlü Əmrahov Zabil Əvəz oğlu ağır kəllə-beyin travması ilə, komatoz vəziyyətdə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq o, səhər saatlarında xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır./APA.az/

Femida.az

Açar sözlər:

Oxunub: 876