Maskalılar qadının evinə basqın etdi - Bakıda


19:33     28 May 2016 maskali%20sexsler.jpg

Bakıda yaşayış evinə basqın olub.


Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Zəridə Yunusovanın yaşadığı evə girmiş 2 maskalı şəxs onun əl və ayaqlarını iplə bağlayaraq döyüb, mənzildən 65000 manat pul və 15000 manat dəyərində qızıl əşyalar aparıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə tutulublar.

Femida.az

Açar sözlər:

Oxunub: 1054