Abramyan erməni nazirləri istefa ilə hədələdi


16:32     28 May 2016 ovik%20abramyan.jpg

Nazirliklər xərclərin azaldılması barədə göstərişlərimə əməl etməsələr, o zaman mən istefaların olacağını istisna etmirəm.


Femida.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Ovik Abramyan bildirib.

“Biz müəyyən vaxt ərzində iqtisadi islahatlar keçirmişik. Əgər insanlar islahatların keçirilməsinə inanmırlarsa, biz onları inandırmalıyıq” - deyə Abramyan qeyd edib.

Baş nazirin optimallaşdırma barədə göstərişlərini yerinə yetirməyən dövlət strukturlarında istefaların olması barədə xəbərlərə münasibət bildirən Abramyan qeyd edib: “Əgər onlar bunu edə bilməsələr, onda mən sizin təklifinizlə razıyam”.

Açar sözlər:

Oxunub: 1100


Oxşar xəbərlər