Kim Çen In özünə yeni `Facebook` yaratdı


21:39     28 May 2016 kimin%20yeni%20facebooku.jpg

Şimali Koreyada dizaynı “Facebook”a bənzəyən yeni sosial şəbəkə - “Startcon” yaradılıb.



Sosial şəbəkənin nəinki rəngləri, hətta axtarış sistemləri və dostlar lentinin formalaşdırılması prisnipi də “Facebook”a bənzədilib.

Femida.az “CNN” telekanalına istinadən xəbər verir ki, sayt hazırda test rejimindədir.

“Adətən Şimalim Koreya saytları Çin domenlərində yerləşir, lakin bu sosial şəbəkə ölkə daxili domendədir. Sayt ölkə daxili üçün nəzərdə tutulub”, - deyə İnternetin analizi üzrə mərkəzin direktoru Maq Meydori bildirib.

Hələlik sosial şəbəkədə nə qədər istifadəçinin qeydiyyatdan keçdiyi bilinmir. Sosial şəbəkənin əsas səhifəsində Şimali Koreya lideri Kim Çen Inın şəklinin olduğu vurğulanır.

Açar sözlər:

Oxunub: 902