Hasarın altında qalan uşaq öldü


21:55     28 May 2016 oldu2.jpg

Mayın 9-da Bərdə rayonu ərazisində bədbəxt hadisə zamanı ağır xəsarət alan uşaq ölüb.


Femida.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 9-da saat 18 radələrində Bərdə rayonunun Otuzikilər kəndində kənd sakini Xanməd Əsgərov idarə etdiyi “T-28” markalı traktoru yolun kənarındakı hasara vurub və bu zaman hasar 5 yaşlı Rüfət Hətəmovun üstünə aşıb. R.Hətəmov xəstəxanada ölüb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1014


Oxşar xəbərlər