Çin alimləri Tarix İnstitutunda olublar


19:49     28 May 2016 1447939930_amea-foto_esas.jpg

Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) vitse-prezidenti Tsay Fanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda olub.


Tarix İnstitutunun mətbuat xidmətindən Femida.az-a bildirilib ki, görüşdə Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov Azərbaycan və Çin arasında əlaqələrin tarixindən söz açaraq çinli qonaqlara rəhbərlik etdiyi İnstitutun uğurları haqda geniş məlumat verib. ÇİEA-nın Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktoru Li Yuntsüan bildirib ki, hazırda institutun adında dəyişiklik baş verib və elmi müəssisənin adına Qafqaz sözü əlavə olunub:

“Bu isə Çin və Azərbaycanın elmi müəssisələri arasında əməkdaşlığı genişləndirmək imkanı yaradır”.

Görüşdə ÇİEA ilə AMEA-nın Tarix İnstitutu arasında əlaqələndirici olan tarixçi-alim Nərgiz Axundovanın “Azərbaycan və Çin mədəniyyətlərinin əlaqələri haqqında” (rusca) adlı kitabının təqdimatı keçirilib. Kitabın elmi redaktoru Y. Mahmudovdur.

Açar sözlər:

Oxunub: 988